Azərbaycanlı atlet Ramil Quliyev Tokio Olimpiadasına vəsiqə qazanıb

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio Olimpiadasına vəsiqə qazanıb.

Frame.az xəbər verir ki, 28 yaşlı atlet Qətərdə keçirilən “Diamond League” turnirində 200 metr məsafəyə qaçış yarışında 19,99 saniyəlik nəticə ilə birinci olub. R.Quliyev bu nəticə ilə 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.

Azərbaycanlı atlet Türkiyə milli komandasının heyətində 2017-ci ildə Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış yarışında qızıl medal qazanıb. O, 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağdərili idmançısı hesab olunur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: