Azərbaycanlı rəssamların əsərləri “Portrait Now! 2019” beynəlxalq müsabiqənin finalına keçdi

Lvovda pivəbişirən Y.K.Yakobsen adına “Portrait Now! 2019”beynəlxalq portret sənəti müsabiqəsinin finalçılarının işlərinin sərgisi keçirilib. “Carlsberg” Fondunun “Lvivarnya” pivə tarixi Muzey-Mədəniyyət Kompleksində təşkil etdiyi sərgidə Şərqi Avropa ölkələri və Azərbaycandan da rəsmlər daxil olmaqla müsabiqənin seçim mərhələsindən finala keçən iştirakçıların 30 əsəri təqdim olunub.

Azərbaycandan seçim mərhələsində 142 əsər iştirak edib, onlardan səkkizi müsabiqənin regional mərhələsi üçün seçilərək “Lvivarnya” muzeyində sərgidə təqdim olunub. Belə ki, Azərbaycandan müsabiqənin finalına Vaqif Hüseynov, Zakir Mehdiyev, Elgiz Hüseynov, İlham Mirzəyev, Müstəqil Babayev, Aynur Səmədova, Zamiq Rzayev və Sahib Hüseynovun əsərləri keçib.

“Portrait Now! 2019” müsabiqəsinin reqlamentinə görə, beynəlxalq münsiflər heyəti cari ilin may ayında Kopenhagendə əsas mükafatlar uğrunda mübarizə aparacaq ən yaxşı əsərləri seçməli idi. Lakin jüri yekdil qərarla Danimarkanın paytaxtına yollanaraq beynəlxalq tanınma və müsabiqənin əsas mükafatı olan 85 000 Danimarka kronu (22 000 AZN) uğrunda mübarizə aparacaq finalçıların 30 əsərinin hamısını seçib.

Qeyd edək ki, “Portrait Now! 2019” – “Carlsberg” Fondunun Frederiksborq qəsrində (Danimarka) Milli Tarix Muzeyi ərazisində keçirdiyi pivəbişirən Y.K.Yakobsen adına 7-ci beynəlxalq müsabiqədir. Bu portret mükafatı ümumilikdə incəsənətə və xüsusilə janr kimi portretə marağı cəlb etmək üçün ilk dəfə olaraq 2007-ci ildə təltif edilib. Mükafatın fəlsəfəsi: insanobrazının canlandırılması vasitəsilə müəllif onun daxili aləmini ötürür.

Bundan əlavə, istedadlı azərbaycanlı rəssamlara dəstək məqsədi ilə “Carlsberg Azerbaijan” şirkəti Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə əməkdaşlıqda sözügedən müsabiqə çərçivəsində özünün “From Waste to Art”ekonominasiyasını təsis edib.

Qeyd edək ki, bu nominasiyada əsərlərə olan əsas tələb ekologiya mövzusunun portretin hazırlandığı süjet və ya materiallarda əks etdirilməsi idi. Ekonominasiyanın qalibi tullantı kağız materiallarından portret hazırlayan Kəmalə Kerriqan oldu. Mükafat xanım rəssamın “Lvivarnya”da “Portrait Now! 2019”sərgisinə gedişi və portretinin həmin sərgidə iştirakı oldu.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: