IqtisadiyyatTəqdimatƏn SonƏn Son

“Azərişıq”: Xocavəndin bir neçə kəndi elektrik enerjisi ilə tam təmin olunub

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bütün dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz olunur.

Frame.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədrinin müşaviri Elsevər Rüstəmli təşkil olunan onlayn dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda Şuşa şəhəri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir neçə kəndinin enerji təchizatı tam təmin olunub.

“Şəbəkələrin etibarlılığı və dayanıqlığının artırılması sahibkarların aktiv fəaliyyəti üçün də münbit şərait yaradılır”, – deyə E. Rüstəmli qeyd edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!