AZƏRTAC Bakı Şopinq Festivalının rəsmi media tərəfdaşıdır

Azərbaycan Konqreslər Bürosu aprelin 10-dan mayın 10-dək keçiriləcək Bakı Şopinq Festivalının rəsmi media tərəfdaşının adını açıqlayıb. Belə ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) jurnalistlər, fotoqraflar və operatorlardan ibarət işçi heyəti festivalın  geniş şəkildə işıqlandırılmasını təmin edəcək. Festivalın təbliğ dairəsinin genişləndirilməsi, festival barədə məlumatlar və press-relizlər agentliyin fəaliyyət göstərdiyi səkkiz dildə yayımlanacaq.

Müqavilənin şərtlərinə əsasən, AZƏRTAC hazırladığı yazılarda və media kanallarında Bakı Şopinq Festivalının müəyyən olunmuş nişanından və “Bakı Şopinq Festivalının rəsmi media partnyoru” adından istifadə və nəşr hüququna malikdir. Əvəzində isə Bakı Şopinq Festivalı öz rəsmi vebsaytı olan  www.bakushopfest.com ünvanında partnyorlar hissəsinə AZƏRTAC-ınloqosu və rəsmi media tərəfdaşı olması barədə məlumat yerləşdirib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: