EventsFestivallarMədəniyyətTəqdimat

Azərbaycan Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunub

Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunub. Festivalın 45-ci buraxılışı 5 gün davam edib.

Frame.az xəbər verir ki, Animasiya kinosunun “Oskar”ı sayılan Annecy festivalında Azərbaycanı “Animafilm”in direktoru Rəşid Ağamalıyev, 3-cü “Animafilm” festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil ediblər.

Fidan Axundovanın Fransaya səfəri və MIFA akkreditasiyası onun ötənilki “Anımafılm” festivalının “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub. Xatırladaq ki, həmin mükafatın sponsorları məhz Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və Annecy Beynəlxalq Animasiya Film Festivalı olmuşdur.

“Bu tarixi hadisədir. Azərbaycan kinosunun tarixində ilk dəfə animasiya filmimiz Annecy Festivalında müsabiqə proqramında iştirak etdi. Durna Səvərovanın “Fainanın sirri” ANNECY-in “Perspectives” müsabiqə proqramında yarışdı. Onu da qeyd edim ki, “Animafilm” Festivalı artıq ikinci dəfədir ki, Annecy-nin MIFA animasiya bazarında təmsil olunur. Biz Azərbaycan və Fransa arasında çox önəmli animasiya proqramları hazırlamışıq. Bu barədə tezliklə geniş məlumat veriləcək”, – deyə “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev deyib.

Xatırladaq ki, 2021-ci ildə “Animafilm” Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada “Animafilm” festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

IV “Anı̇mafı̇lm” Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu “Əlillik” olacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!