FutbolIdman

Azərbaycan Çempionatı 3-cü tur

Turun mərkəzi qarşılaşması Azərsun Arena’da “Qarabağ” və “Qəbələ” komandaları arasında keçirilib.

Danimarka’da ağır oyun və yol yorğunluğu səbəbi ilə “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov əsas heyətin bir neçə üzvünü ehtiyatda saxlamışdı. Fariz Yusifov’un idarə etdiyi matçın ilk hissəsində qapılara qol vurulmadı. Hər iki məşqçi ikinci hissəyə dəyişikliklərlə başladı. Qurban Qurbanov Bedavi və Əfran’ı oyundan çıxardıb yerinə Riçard’la Ndlovu’nu meydana buraxdı. Roman Qriqarçuk isə ilk hissədə zəif təsir bağışlayan Ruslan’ı Asifl’ə əvəzlədi. Hesab görüşün 63-cü dəqiqəsində açıldı. Aqolli’nin cinahdan asmasını Mahir məntiqi sonluğa çatdırdı 1:0. Buraxılan qoldan sonra ruhdan düşməyən qonaqlar 69-cu dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq oldular. Jozef-Monroz qapıçı ilə təkbətək çıxaraq şansını qaçırmadı 1:1.

Lakin “Qəbələ” komandasının da sevinci çox çəkmədi. Görüşün 73 -cü dəqiqəsində Mahir’dən ötürmə alan Miçel yenidən komandasını hesabda önə keçirdi 2:1. Matçın qalan dəqiqələrində qapılara qol vurulmadı. Bu qələbə sayəsində “Qarabağ” xallarının sayını 9-a yüksəltdi.

Neftçi – Kəpəz matçı başladığı kimi də qolsuz bərabərliklə sona çatdı. Yeni mövsümə iki qələbə ilə başlayan “Zirə” bu turu da 3 xalla qapadı. Doğma meydanda “Sumqayıt” komandasını qəbul edən “Zirə” 3:1 hesabı ilə qələbəni qazandı. İnter – Səbail matçında meydan sahibləri sevinən tərəf oldular Görüşün 4-cü dəqiqəsində Nizami’nin vurduğu qol yeganə oldu. Bu qələbə sayəsində “İnter Bakı” cari çempionatda ilk 3 xalını aktivinə yazdı.

İnter Bakı – Səbail 1:0 Qarabağ – Qəbələ 2:1 Neftçi – Kəpəz 0:0 Zirə – Sumqayıt 3:1

PƏRVİN BAYRAMOV

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!