EventsMüsabiqələrMusiqiMədəniyyətTəqdimat

“Azərbaycan Çempionatı” rəqs yarışması keçiriləcək

17 Mart Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə akademik və müasir rəqs növləri üzrə “Azərbaycan Çempionatı” rəqs yarışması keçiriləcək. Yarışma Azərbaycan Teatr Xadimləri İttifaqının məhşur və sevilən konsert salonu olan “Aktyorlar Evində” baş tutacaq.

“Azərbaycan Çempionatı” regionlar və paytaxt arası: “Bakı Kuboku”, Gəncə “Kəpəz Kuboku”, Ağcabədi “Qarabağ Kuboku”, “Bakı Çempionatı” və digər yarışmalar arasında final yarışması kimi hesab olunur. Yarışmanın qalibləri Avropada və Dünya reytinq yarışlarında Azərbaycan Respublikasını təmsil etmək hüququna nail olacaqlar. Çempionat iştirakçılara daha çox qələbələr üçün maksimum potensiala çatmağa imkan verir.

Yarışmaya qatılmaq üçün ölkənin müxtəlif bölgələrindən rəqs qrupları müraciət ediblər: Gəncə, Bərdə, Mingəçevir, Ağcabədi, Göygöl, Ağdam, Şəki, Bakı, Sumqayıt və xaricdən qonaqlar iştirak edəcəklər.
Hakimlər rəqs standartlarının bütün meyarlarına uyğun olaraq seçilirlər.Tədbirin səviyyəsini və onların qərarlarının obyektivliyini artırmaq üçün bir neçə növ rəqslə tanış olurlar.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək. Münsiflər heyəti: münsiflər heyətinin sədri, Azərbaycanın əməkdar incəsənət xadimi – Rimma Məmmədova; ATA-nın vitse-prezidenti, xoreoqrafiya akademiyasının müəllimi – Ülviyyə Həsənova; NCA-nın Qrammatika İnstitutunda xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev; “Cəngi” Dövlət ansamblının aparıcı solisti Fərhad Əliyev; Dövlət hərbi ansamblının aparıcı solisti Şahriyar Cəfərovdur.

Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunacaq.

Yarışma bu yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaş), yeniyetmələr (11-15 yaş), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar olacaq: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!