MədəniyyətSəyahətTəqdimat

Azərbaycan Dillər Universitetində ənənəvi “Duanu” bayramı qeyd edilib

Mayın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda klassik Çin şairi Tsyuy Yuanın xatirəsinə həsr olunmuş ənənəvi “Duanu” bayramı keçirilib.

ADU-dan Frame.az-a bildirilib ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan ilə Çin arasında mədəniyyət sahəsində əməkdaşlığın səmərəli inkişafı haqqında danışıb. Konfutsi İnstitutunun direktoru klassik və müasir Azərbaycan poeziyası ilə Çin oxucusunun tanışlığının əhəmiyyətini vurğulayıb. O, düşüncə və fəlsəfi ümumiləşdirmələrlə, böyüklərə hörmət, ailəyə qayğı, dostluq və sədaqət kimi yüksək insani hisslərlə dolu Çin poeziyası haqqında məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın “Yay” şeirini Çin dilində oxuyub.

Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva isə “Duanu” festivalı günündə keçirilən bayramın yaranma tarixi və ənənələri, eləcə də klassik Çin poeziyası barədə danışıb.

Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Azərbaycanın Süleyman Rüstəm, Rəsul Rza, Teymur Elçin, Hüseyn Arif kimi tanınmış şairlərinin Çinə həsr etdikləri əsərlərindən parçalar səsləndirib.

Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvləri Vahid Əlioğlunun və Könül Əfqanqızının vətənpərvərlik mövzusunda şerləri səsləndirilib.

Sonda Xan və Tan sülaləsi dövründə Çin poeziyasının görkəmli nümayəndələrinin həyat və yaradıcılığından bəhs edən filmlər nümayiş olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!