EventsMusiqiTəqdimat

Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçirildi-FOTO-lar

Böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin ölməz musiqiləri əsasında hazırlanan  “Mənim günahım” pyesi 9 fevral saat 19.00-da tamaşaçılara təqdim olundu.

Əsər sənətini sevən, bütün varlığıyla sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir. Nurcahan balerinadır. Yaşlandıqca səhnə üçün gərəksiz olur. Amma o bunu həzm edə bilmir. Çünki hadisələr elə bir formada cərəyan edir ki, Nurcahan nəinki səhnəni, həm də sevimli əri Sahibi itirə bilər. Əslində, Sahib onu məhz səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. İndi isə elə bir məqam yetişib ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyinə sahiblənməkdədir…

Qeyd edək ki, tamaşada rolları Xalq artisti Şükufə Yusupova, Əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa etdilər. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur. Əsər tamaşaçılar tərəfindən böyük anşlaqla qarşılandı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!