Baku 2017

Azərbaycan futbolçuları finala vəsiqə qazandılar

İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında ev sahibi Azərbaycan cümə axşamı keçirilən ilk yarımfinal oyununda Əlcəzair millisini 2:0 hesabı ilə məğlub etdi.

Dalğa Arenada gərgin mübarizə şəraitində keçən oyunun ilk qolunu sərbəst zərbə Ruslan Abışov vurdu. Ardınca Məqsəd İsayev Azərbaycanın ikinci qoluna imza atdı.

Meydan sahibləri Tofiq Bəhramov stadionunda keçiriləcək final qarşılaşmasında Kamerun – Oman yarımfinalının qalibi üz-üzə gələcəklər.

Əlcəzair komandası qarşılaşmanın ilk dəqiqələrində əsəbi oyun nümayiş etdirdi və Abdürəhman Həmra və Zəkəri Naidji ilk 15 dəqiqədə sarı kartla cəzalandırıldılar.

Naidji və Fərid Əl Melalinin hücumları zamanı, ev sahibinin qapısı qarşısında yaranan qol vəziyyətləri uğursuz alındı.

Əks-hücuma keçən Melali Şaxruddin Maqomədaliyevlə mübarizə zamanı topu qapıya vurmaq və ya Əbdürərhman Əmhraya ötürmək arasında seçim etməli olsa da onun bu hücumu uğursuz alındı.

Cərimə meydançasının kənarından rəqib komandanın qapısına Elşən Abdullayevin zərbəsi dəqiq alınmadı və Mədətov Şəmsəddin Rəhmaninin səhvindən istifadə edə bilmədi.

Lakin Abışov birinci hissəsinin sonuna üç dəqiqə qalmış meydan sahiblərinin ilk qoluna imza atdı. 29 yaşlı müdafiəçi ön xətdə qapıçı ilə təkbətək qalanda yenidən qol vura bilərdi, lakin o, bu imkandan yararlana bilmədi.

Onun bu məyusluğu uzun sürmədi. Komanda yoldaşı, müdafiəçi Məqsəd İsayev 58-ci dəqiqədə fərqlənərək hesabı 2:0-a çatdırdı.

Oyunun gedişində əsəblərini cilovlaya bilməyən əlcəzairli Tayyib Meziani, Əhməd Qaqa, Yosid Dour və Məhəmməd Naofelə, eləcə də meydan sahibləri Vüqar Mustafayevə və Tellur Mütəllimova ukraynalı hakim tərəfindən xəbərdarlıq edildi.

Matçın sonuna 12 dəqiqə qalmış İsmayıl Səədi nəticəni dəyişə bilərdi, lakin onun bu hücumu uğursuz alındı və nəticədə ev sahibləri finala vəsiqə qazandılar. Bununla da Azərbaycan yığması futbol turnirlərində ilk qızıl medalını qazanmaq şansı əldə etdi.

©AFP Services

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!