Frame LifeSosialTəqdimat

Azərbaycan gəncləri düşmənin mülki əhalini atəşə tutmasına ikili standartlardan yanaşan riyakar siyasətçiləri və jurnalistləri qınayıblar

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycanın mülki əhalisini kütləvi surətdə hədəfə alması ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.

ARGTMŞ-dən Frame.az-a bildiriblər ki, bəyanatda Azərbaycanın mülki əhalisinə və infrastrukturuna qarşı Ermənistanın planlı şəkildə həyata keçirdiyi və çoxlu sayda insan tələfatına səbəb olan raket zərbələri kəskin surətdə pislənilib və bunun dünya ictimaiyyətinin Ermənistanın beynəlxalq hüququ dəfələrlə kobud surətdə pozmasına biganəliyin nəticəsində baş verdiyi vurğulanıb.

Bəyanatda gənclərimizin Azərbaycan Ordusunun beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində adekvat cavab tədbirlərini tam dəstəklədikləri qeyd olunub. Bu əməliyyatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparıldığı xüsusi vurğulanıb. Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mülki əhalinin sıx yaşadığı məntəqələrini ağır artilleriya atəşinə tutması ilə bu ölkənin rəhbərliyinin elan etdiyi “yeni ərazilər uğrunda yeni müharibə” siyasətini açıq şəkildə nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Bundan başqa, bir sıra ölkələrin bəzi media nümayəndələrinin və siyasətçilərinin ikili standartlardan çıxış edərək Ermənistanın təcavüzünə haqq qazandırmağa çalışmaları Azərbaycan gəncləri tərəfindən kəskin şəkildə pislənilir. Aparıcı beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistanın son hərəkətlərinə lazımi hüquqi qiymət verilməsi tələb olunur.

Bəyanatın mətni Şuranın “Facebook”dakı səhifəsində yerləşdirilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!