IdmanTəqdimatƏyləncə

Azərbaycan idmançıları İtaliyada idman dırmanması üzrə beynəlxalq turnirdə iştirak edirlər

Avqustun 3-də İtaliyanın Arko şəhərində idman dırmanması üzrə “Rock Junior” yarışına start verilib.

Frame.az xəbər verir ki, turnirdə ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının və Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvləri Toğrul Abdullayev və qızı Mədinə təmsil edirlər.

2009-cu il təvəllüdlü Mədinə Abdullayeva boldrinq, çətinlik və sürət yarışlarında qüvvəsini sınayacaq. Bundan başqa, yeniyetmə idmançımız atası Toğrul Abdullayev ilə birgə sürət üzrə keçiriləcək ailəvi yarışlarda (Family race) da mübarizə aparacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!