IqtisadiyyatTəhsilTəqdimatƏn Son

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tələbələrə və onların valideynlərinə müraciət ünvanlayıb

Müraciətdə bildirilir ki,2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi məqsədilə təhsil müəssisəsində imtahan qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılması üçün lazımi tədbirlər görülüb. Eyni zamanda,  imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələrinin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Müraciətdə qeyd olunur ki, sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanı, kafedra müdirləri qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. İnstitutun binasında müraciət və təklif qutuları asılıb. Bununla yanaşı, İnstitut rəhbərliyi imtahan prosesini müşahidə edəcək və tapşırıqlarını verəcək.

Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “açıq qapı” günləri keçiriləcək.

Məmmədovvalideyn, KİV, qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün “açıq qapı” günlərində iştirak etməyə və onları imtahan sessiyasını yaxından izləməyə dəvətedib.O bildirib ki, hər bir rəy və təklif bizim üçün çox dəyərlidir.

Müraciətdə daha sonra deyilir ki, şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə rektora və prorektorlara, İctimai Nəzarət Şurasına, Aİİ-nin rəsmi “Facebook” səhifəsinəbirbaşa müraciət etmək, Tələbə Gənclər Təşkilatının xətti ilə tələbələrin rəylərini öyrənmək, imtahan qərargahına və Apelyasiya komissiyasına müraciət etmək imkanları təmin edilib.

İmtahanların ictimaiyyətə açıq təşkil olunduğunuvurğulayan C. Məmmədov sessiyaya nəzarətin aparıcı təhsil ekspertlərindən, qeyri-hökumət təşkilatlarından, media nümayəndələri və tələbədən ibarət İctimai Nəzarət Şurası tərəfindən həyata keçirildiyini bildirib.

Şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da atılacağını qeyd edən rektor tələbələri dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb.Aİİ rəhbərliyi payız imtahan sessiyasında bütün tələbələrə müvəffəqiyyət arzulayıb. Müraciətdə deyilir:“Biliyinizə, potensialınıza güvənərək əlinizdən gələnin ən yaxşısını etməklə bu yolda hər zaman sizə dəstək olan əzizlərinizi və müəllimləriniziuğurlu nəticələrinizlə sevindirin”.

Məlumat üçün bildiririk ki,  bu gündən Aİİ-də imtahanlara başlanılıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!