EventsSəyahətTəqdimat

Azərbaycan Kəlağayısı Günü

Əziz dostlar,
26 noyabr Azərbaycan Kəlağayısı Günü bütün dünyada beynəlxalq səviyyədə qeyd olunur. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin keçirilən iclasında “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilmişdir.
Azərbaycan Kəlağayısı Günü münasibəti ilə Azəbaycan Xalça Muzeyi 25-26 noyabr tarixlərində kəlağayının vətəni, Azərbaycanın gözəl guşələrindən biri olan Şəki şəhərinə iki günlük tur təşkil edir. Tur ərzində Şəkidə fəaliyyət göstərən “Şəki-İpək” ASC-ə ziyarət olunacaq. Burada ənənəvi parça istehsalının ən qiymətli xammal növü olan ipək sapın hazırlanması, onun təbii boyalarla rənglənməsinin şahidi olacaqsız və kəlağayının hazırlanması üzrə keçiriləcək ustad dərslərdə iştirak edəcəksiz. Eyni zamanda, ipək xalçaların hazırlanma prosesini izləmək imkanını əldə edəcəksiz.
Turun proqramı:
Birinci gün (Cümə, 25 noyabr 2016):
08.00 – Azərbaycan Xalça Muzeyinin qarşısında toplanma;
08.30 – Şəkiyə gediş;
12.30 – “Sheki Palace” otelində yerləşmə;
14.00 – “Şəki-İpək” ASC-ə ziyarət;
18.00 – Şam yeməyi: Şəki mətbəxinin təamları;
20.00 – Otelə qayıdış.
İkinci gün (Şənbə, 26 noyabr)
10.00 – “Şəki Xan Sarayı”na ziyarət;
12.00 – “Şəkixanovlar evi”nə ziyarət;
14.00 – Bakıya qayıdış.

Turun qiyməti 150 AZN təşkil edir və qiymətə daxildir:
– Yol xərcləri;
– “Sheki Palace” otelində yerləşmə və gecələmə;
– Səhər yeməyi;
– “Şəki-İpək” ASC-ə ziyarət;
– Ustad dərslər;
– Şam ziyafəti.
Tələsin, yerlərin sayı məhduddur!
Daha ətraflı məlumat: www.azcarpetmuseum.az/
www.facebook.com/AzerbaycanXalcaMuzeyi/
Tel.(+99412) 497 20 16

14907204_1489449211071232_107475591124395359_n 14732273_1489448911071262_8169348982172620072_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!