Bizim AşpazTəqdimat

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) və Azərbaycan Milli Kulinariya Assosasiyasının (AMKA) birgə BƏYANATI

Xəzər TV-də gedən “Ləzzət ovçusu” televerlişi ilə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) və
Azərbaycan Milli Kulinariya Assosasiyasının (AMKA) birgə BƏYANATI:

Əhalidən və mütəxəssislərdən daxil olan çoxsaylı müraciətlərlə bağlı AMKM və AMKA bildirir ki:
1. Xəzər TV-də gedən “Ləzzət ovçusu” verlişi ilə AMKM-in və AMKA-nın heç bir əlaqəsi yoxdur və peşəkar dövlət təşkilatı olan AMKM ilə peşəkar qeyri-hökumət təşkilatı olan AMKA bu verlişi peşəkar, elmi, dil, qanun müstəvisindən kənar hesab etdiyi üçün “Ləzzət ovunda” verlişini tanımır.
Xəzər TV-də gedən yalnız iki verliş AMKA tərəfindən tanınmış və bu verlişlərə müvafiq tanınma sertifikatı verilmişdir. Bu verlişlər Aynur Talıbovabın çəkdiyi “Ləziz Səyahət” və Ağakərim Şəmidzadənin “Nuş olsun” peşəkar televerlişləridir.
2. “Ləzzət ovçusu” televerlişinin aparıcısı çox aktiv, çalışqan lakin qanunumuza görə peşəkar baza təhsili olmadığından peşəkar aşpaz deyil, həvəskar aşpaz, xörəkbişirəndir. Və qanunlarımıza əsasən restoran biznesində aşpaz kimi çalışa bilməz.
3. Baza peşə təhsilindən sonra məzuna 3-cü dərəcə aşpaz ixtisası verilir. Sonrakı peşə dərəcələri 4,5,6-cı və usta dərəcəsi yalnız Respublika Kulinariya Şurası tərəfindən verilir. Bu səbəbdən verliş aparıcısı Mübariz Vəliyevin özünü verlişdə və sosial şəbəkələrdə Usta-aşpaz kimi qələmə verməsi yumşaq desək səhvdir və tamaşaçıları aldatmağa yönəlmişdir.
4. Verlişdə işlədilən danışıq dili dövlət dilimiz olan Azərbaycan dili və peşəkar terminlərdən uzaqdır. Verlişin dili daha çox səhv terminlərdən ibarət və Türkiyə türkcəsi ilə qarışıq selenqdən ibarətdir. Məsələn: aparıcının işlətdiyi “pors” sözü rus dilindəki “porsiya” sözünün selenq variantıdır.
5. Verlişdə aparıcının Mado restoranında xörək hazırlayarkən davranışı və sanitar qaydaları ciddi şəkildə pozması da onun peşəkar olmadığından xəbər verir.
6. Aparıcının restoranlarda verdiyi məsləhətlər də peşəkar və elmi cəhətdən qəbul edilməzdir. Məsələn: təzə sıxılmış meyvə şirəsinə nanə əlavə edilməsi yolverilməzdir.
Aparıcının əsas müştərisi tələbələr olan iaşə obyektində tələbələrə kalsiumun vacibliyi və düyünün kalsiumla zənginliyi barədə söylədikləri də cəfəngiyyatdır və müəllifin peşəkar cəhətdən çox savadsız olduğunu, ərzaqların kimyəvi tərkibini, tələbə iaşəsinin özəlliklərini bilmədiyini göstərir.
7. Aparıcı heç bir peşəkar ictimai və ya dövlət təşkilatının rəhbəri olmadığından onun hansısa restorana, kiməsə diplom, ulduz vermək səlahiyyətləri yoxdur. Bu restoranları, sponsorları aldatmaq üçün bir fənddir.
8. Özünü Oreqana təşkilatının Azərbaycandakı rəhbəri hesab edən aparıcının bu təşkilatı Azərbaycanda qeydiyyatdan keçməyib və heç bir hüquqi statusa malik deyil.
9. Aparıcının tək başına restoranlara ulduz paylaması, özünü həm aşpazlıq, həm süfrəçilik, həm istehsalat, həm də xidmət üzrə ekspert kimi aparması da insanları aldatmaqdan başqa bir şey deyildir. Hətta aşpazın belə, xidməti, restoran işinin təşkilini dəyərləndirmək üçün peşəkar haqqı yoxdur.
10. Adətən peşəkar yüksək səviyyəli şirkətlər, mütəxəssislər, restoranlar ona görə uğurlu olurlar ki, öz istehlakçılarını öyrənir, onlara təqdim etdikləri hər bir məhsulu, o cümlədən reklamlarını tam tədqiqatdan sonra istehlakçının istifadəsinə verirlər.
Belə peşəkar səviyyəsi sıfırdan aşağı olan verlişlərə sponsorluq edən, reklam yerləşdirən şirkətlərin, restoranların öz müştərilərinə adı çəkilən TV kanalda daha peşəkar verlişləri qoyub, belə qeyri-peşəkar savadsız verlişlərə reklamlarını yerləşdirməsi həmin şirkət və restoranların istehsal etdiyi məhsulların, xidmətlərin keyfiyyətlərinə çox ciddi şübhə yaradır.
Hətta peşəkar müəssisələrin, restoranların qeyri-peşəkar aparıcının iradlarına, məsləhətlərinə qulaq asıb,onları qəbul etməsi, ondan diplom qəbul etməsi də bu restoranların göstərdiyi xidmətlərin keyfiyyətinə də çox böyük şübhə yaradır.
11. Beləliklə bu verliş istehlakçıların düzgün, doğru məlumat alma hüquqlarını pozur. Azərbaycan dili haqqında qanununa ziddir. Verliş və aparıcısı kulinariya sahəsində qeyri-peşəkardır. Verliş kulinariya sahəsinə, görülən işlərə çox ciddi zərər verir.
12. Əldə etdiyimiz məlumata görə Xəzər TV bu verliş üçün sadəcə efir vaxtını satıb.
Digər kulinariya verlişlərini isə Xəzər TV özü maliyyələşdirir. Bu da özlüyündə “Ləzzət ovçusu” verlişinin yalnız özünü reklama, restoran və şirkətlərdən vəsait toplamağa yönəldiyini, tamaşaçıları nəzərə almadığını göstərir.
Son illər özünü peşəkar aşpaz, usta, dahi kulinar, restorator kimi sosial şəbəkələrdən, televiziyalardan əhaliyə sırayan bəzi şəxslər bu sektora bu və ya digər şəkildə təsir göstərmək məqsədi güdür, populyarlıq qazanıb əhalinin, qida şirkətlərini, hətta bəzən məmurları, dövlət orqanlarını belə aldatmağa müvəffəq olurlar.

AMKM və AMKA belə şəxslərə, verlişlərə qarşı daima mübarizə aparıb, teleməkanlarda gedən belə verlişləri müxtəlif, o cümlədən məhkəmə vasitəsilə dayandırmağa müvəffəq olub. Bəzi mətbuat vasitələrinin telekanalların və bəzi məmurların belələrinə populyarlıq qazandırması ölkəmizə, iqtisadiyyatımıza, turizm sektoruna, əhalinin sağlamlığına, milli mətbəx dəyərlərinə zərər vurur, ölkəmizə qarşı olan düşmənlərin dəyirmanına su tökür.
Bu verlişlərdən səslənən səhvlər, bunların səviyyəsi, fikirlər beynəlxalq arenada düşmənlərimiz tərəfindən bizə qarşı fakt kimi istifadə edilir. Xarici ölkələrdə də baxılan bu verlişlər bizim imicimizə ziyan vurur, mətbəx mədəniyyətimizə istehza edənlərin sayını artırır.
Buna görə də AMKM və AMKA mətbuat orqanlarına, TV kanallara, təbliğat və təşviqatla məşğul olan dövlət orqanlarına diqqətli olmalarını, belə halların vaxtında qarşısının alınmasını, qanunlarımıza hörmət edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, “Ləzzət ovçusu” verilişini isə dərhal dayandırmağa çağırır.

Hörmətlə:

1. Oruc Əliyev Usta dərəcəli aşpaz; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, Mədəniyyət xadimi, Neft şirkətində baş aşpaz.

2. Laçın Əkbərov Usta dərəcəli aşpaz; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, Neft şirkətində baş aşpaz.

3. Anar Qasımov Usta aşpaz; Bakalavr; Fəxri turizm işçisi. AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, “Quba Rixos” otelində baş aşpaz.

4. Ağakərim Şəmidzadə 6-cı dərəcəli aşpaz; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, “Xəzər” telekanalında “Nuş olsun” verilişinin aparıcısı.

5. İlqar Qənbərov 6-cı dərəcəli aşpaz; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, Neft şirkətində baş aşpaz.

6. Namiq Kazımov 4-cü dərəcəli aşpaz; AMKA-nın üzvü, Beynəlxalq Çempionatların qalıbı, “Avmilas” restoranında baş aşpaz.

7. Seymur Cavadov 4-cü dərəcəli aşpaz; AMKA-nın üzvü, Beynəlxalq Çempionatların qalıbı, “Pizza inn” restoranında baş aşpaz.

8. Rəşad Ağayev 3-cü dərəcəli aşpaz; AMKA-nın üzvü, Beynəlxalq Çempionatların qalıbı, “Burc qala” restoranında baş aşpaz.

9. Ziya Şahbazov 4-cü dərəcəli aşpaz; AMKA-nın üzvü, Beynəlxalq Çempionatların qalıbı, “Şamaxı Platinum” otelində baş aşpaz.

10. Ceyhun Nuriyev 4-cü dərəcəli aşpaz; AMKA-nın üzvü, Beynəlxalq Çempionatların qalıbı.

11. Hüseyin Quliyev 3-cü dərəcəli aşpaz; AMKA-nın üzvü, Beynəlxalq Çempionatların qalıbı, “Sea breese” restoraninda aşpaz.

12. Nicat Babayev 4-cü dərəcəli aşpaz; AMKA-nın üzvü, Beynəlxalq Çempionatların qalıbı, “Marxal” otelində aşpaz.

13. Tahir Əmiraslanov AMKA-nın Prezidenti , AMKM-in baş direktoru,
Mədəniyyət xadimi, Mühəndis texnoloq,Usta aşpaz
Ümumdünya Kulinariya Təşkilatları Birliyinin fəxri
üzvü

14. Ceyran Əsgərova AMKM-in baş direktorunun müavini, AMKA icraçı
direktoru; usta dərəcəli aşpaz, Fəxri mədəniyyət işçisi;

15. Tünzalə Məmmədzadə Fəxri Turizm işçisi; Baş texnoloq; Usta dərəcəli aşpaz; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, Gənclər mükafatı laureatı.

16. Asya Akundova Usta dərəcəli aşpaz; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı.

17. Aynurə Əmiraslanova Usta dərəcəli aşpaz; Baş texnoloq; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, Gənclər mükafatı laureatı.

18. Simuzər Süleymanova Usta dərəcəli aşpaz; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı.

19. Gülnar Ələsgərova Usta dərəcəli aşpaz; Baş texnoloq; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, Gənclər mükafatı laureatı

20. Elnurə Quliyeva Fəxri Turizm işçisi; AMKM-in baş texnoloqu; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı.

21. Leyla Kərimli 3-cü dərəcəli aşpaz; Baş texnoloq; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı.

22. Bəyim Məmmədova 4-cü dərəcəli aşpaz; Baş texnoloq; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, Gənclər mükafatı laureatı.

23. Aygül Əsgərova 3-cü dərəcəli aşpaz; Baş texnoloq; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı.

24. Azadə Musabəyli 3-cü dərəcəli aşpaz; Baş texnoloq; AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!