FutbolIdmanƏyləncə

Azərbaycan millisinin Avropa Super finalı üçün heyəti açıqlanıb

Sentyabrın 4-dən 11-dək İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində keçiriləcək Avropa Super finalında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Frame.az xəbər verir ki, heyətdə Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov,

Asif Zeynalov, Ramil Əliyev, Hüseyn Axundov, Əbdül Əliyev, Elşad Manafov, Rüfət Məmmədov və Ruslan Poladov yer alıblar.

Qeyd edək ki, millimiz sentyabrın 6-da, 7-də və 9-da müvafiq olaraq İspaniya, Portuqaliya, İsveçrə yığma komandaları ilə qarşılaşacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!