FutbolIdman

Azərbaycan Premyer Liqası: “Səbail” “Zirə”ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

Frame.az xəbər verir ki, həftənin üçüncü matçında “Səbail” “Zirə”ni qəbul edib. Bayılda yerləşən “ASCO” arenada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.

Qarşılaşmanın 79-cu dəqiqəsində Yevgeni Koçuk cərimə meydançasının daxilində əllə oyuna görə təyin edilən penaltini dəqiqə yerinə yetirib.

Qeyd edək ki, açılış turunun 2 oyununda qonaqlar qələbə qazanıb. “Qarabağ” “Keşlə”ni 1, “Sumqayıt” isə “Qəbələ”ni 2 cavabsız qolla məğlub edib. Tura avqustun 19-da keçiriləcək “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!