Baku City CircuitFormula 1IdmanƏn Son

Azərbaycan Qran Prisinə alınan bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti(BŞH) böyük məmnuniyyətlə bildirir ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə bilet alan tamaşaçılar bu gündən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişə bilərlər. Bu proses aprelin 28-i yarış başlayanadək davam edəcək.

 Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan bilet vauçerləri 2019 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Biletlə əlaqədar yaranmış sualları bilet@bakugp.azelektron ünvanına göndərə bilərsiniz.

Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com

№: Satışnöqtələri: Ünvan: İşsaatları: Fasilə: Əlaqənömrəsi:
1 Park Bulvar NeftçilərProspekti 92 10:00-22:00 (+99477) 600 00 60
2  28 Mall 28 May m.; Azadlıq pr. 15A/4; 2-ci mərtəbə 10:00-22:00 (+99412) 499 87 79
3 Gənclik Mall Gənclik m/s;
Fətəli Xan Xoyski 38; 3-cü mərtəbə
10:00-22:00 (+99412) 599 15 60
4 Port Baku Neftçilər pr. 151 10:00-22:00   (+99477) 600 00 60
5 Kiosk 1 M.Ə.Rəsulzadə 3.

(Azərbaycan k/t yaxınlığı)

10:30-18:30 15:00-16:00 (+99412) 598 17 72
6 Kiosk 2 Sahil m/s;
Bül-bülprospekti, Nizamiküç.
11:00-19:00 15:00-16:00 (+99412) 598 17 74
7 Kiosk 3 ÜzeyirHacıbəyovküç.69 (Hökümətevininarxası) 10:00-18:00 14:00-15:00 (+99412) 598 17 73
8 HeydərƏliyevSarayı Bül-Bül pr. 35 11:00-19:00 14:00-15:00 (+99412) 498  84 70
9 ASAN 1 AkademikH.Əliyevküç.36 I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00 (+99477) 600 00 60
10 ASAN 2 Nobel prospekti 23, AMAY T.M 2-ci mərtəbəsi I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00 (+99477) 600 00 60
11 ASAN 3 Abbas MirzəŞərifzadə 157, Yasamal I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00 (+99477) 600 00 60
12 ASAN 4 Sülh 197, Bakıxanov, Sabunçu I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00 (+99477) 600 00 60
13 ASAN Sumqayıt Bakı 15-ci məhəllə 42d, Sumqayıt I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00 (+99477) 600 00 60

Frame.az

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!