EventsFrame LifeMəsləhətPsixologiyaSağlamlıq

“AZƏRBAYCAN V BEYNƏLXALQ PSİXOLOGİYA KONFRANSI” keçiriləcəkdir

7-8 aprel tarixində Bakı şəhərində Xəzər Universitetinin Psixologiya Departamentinin və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə  “AZƏRBAYCAN V BEYNƏLXALQ PSİXOLOGİYA KONFRANSI” keçiriləcəkdir.

 Konfrans zamanı  Türkiyədən, Amerikadan  dəvət olunmuş psixoloqlar və psixiatrlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verəcəklər. Konfransda iştirak edən insanlar psixologiya sahəsində yeni biliklər əldə etməklə yanaşı, bu sahənin mütəxəssislərinin bilik və təcrübələrindən yararlanmaq,fərqli baxış tərzlərini görmək, müqayisə etmək, müxtəlif universitetlərdə oxuyan tələbələr və çalışan müəllimlərlə tanışlıq yaratmaq şansı əldə edəcəklər. 7 aprel konfransın rəsmi hissəsi olacaqdır. Bu hissədə iştirakçılar psixoloqların və psixiatrların müxtəlif mövzularda olan təqdimatlarını dinləyə biləcəklər. 8 aprel tarixində isə iştirakçılar əvvəlcədən müəyyən olunmuş workshop-larda iştirak edəcəklər. Konfransın sonunda hər bir iştirakçıya universitet tərəfindən sertifikat  təqdim ediləcəkdir.

Bu il artıq 5-cisini təşkil edəcəyimiz Beynəlxalq konfransa Türkiyədən Prof.Nilufer Voltan Acar, Prof.Mehmet Hakan Türkçapar, Prof.Ebru Cengel Kültür ,Doc.Dr.Ejder Akgün, Amerikadan isə Prof.Frederick Bemak, Prof.Dr.Robert Jecklin dəvət ediliblər.

 Konfransda iştirak etmək istəyən hər bir şəxs əvvəlcə bu linkdən qeydiyyatdan keçməli

https://docs.google.com/forms/d/e/1FAIpQLSfI4eibYPxle69XquVKe-6nzg_Q4vYaNoCbXiA0rHfBLwnWHQ/viewform

daha sonra Xəzər universiteti, Neftçilər korpusu, 5-ci  mərtəbə, 502O  otağa yaxınlaşaraq ödənişlərini  edərək qeydiyyatlarını təsdiqləyə bilərlər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!