MədəniyyətSəyahətTəqdimat

Azərbaycan Xalça Muzeyi XIX Beynəlxalq “İntermuzey 2017” Festivalında təmsil olunub

24-29 may tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən “Manej” sərgi zalında XIX Beynəlxalq “İntermuzey 2017” Festivalı keçirilmişdi. Festival Rusiya Muzeylər Şurası, İCOM Rusiya Milli Komitəsi, V. Potanin adına xeyriyyə fondu, “Muzey bələdçisi” proqramı, Moskva şəhəri Mədəniyyət Departamenti və Moskva vilayəti hakimiyyəti tərəfindən təşkil olunmuşdu. Festival müsabiqə, işgüzar, mədəniyyət və uşaq proqramları və sərgidən ibarət idi.
İşgüzar proqramda muzeylər öz yeni təcrübələrini bölüşür, dəyirmi masalarda müzakirələr keçirir, bu gün muzeylərdə yaranan problemlərin həllini tapmaq üçün danışıqlar aparırdılar. Bu ilki festivalın mövzusu “Qeyri-maddiyə toxunuş. Muzeylər qeyri-maddi mədəniyyətin mühafizləri kimi” adlanırdı. Bu mövzu üzrə Azərbaycan Xalça Muzeyinin əməkdaşı Aynur Məmmədova öz məruzəsi ilə çıxış etdi. O, Azərbaycan Xalça Muzeyində ənənəvi dekorativ-tətbiqi sənət nümunələrinin unudulmaqda olan texnikalarının bərpası sahəsində tətbiq olunan proqramlar haqqında ətraflı məlumat verdi.
Festival çərçivəsində təşkil olunmuş sərgidə 300-dən çox Rusiya və xarici ölkələrin muzeylərinin stendləri təşkil olunmuşdu. Onlar burada öz muzeylərini təqdim edirdilər. Sərgidə ölkəmizi Vaqif Mustafazadənin ev-muzeyi təmsil etdi.
Burada xüsusi olaraq uşaqlar və yeniyetmələr üçün təhsil və əyləncə proqramları da təqdim olundu.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!