EventsTəqdimat

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Cari ilin 18 yanvar tarixində, saat 15:00-da Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunacaq.

Tədbirdə 20 Yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr olunan Səməd Təbrizlinin müəllifi olduğu “Sədaqət” xalçası tədbir iştirakçılarına təqdim olunacaq.
Anım mərasimində “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin, 20 Yanvar cəmiyyətinin üzvləri və faciənin şahidləri çıxış edərək öz acı xatirələri ilə bölüşəcəklər.

Tədbirin bədii hissəsində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin dərnək üzvləri “Şəhidlər yaşayır” adlı rəsm sərgisi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dramaturq- yazıçısı Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı tamaşasından bir hissə təqdim olunacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!