Faydamız OlsunTəqdimat

Azərbaycan Xalça Muzeyində TƏCRÜBƏ!

Azərbaycan Xalça Muzeyi ictimaiyyətlə əlaqələr sahəsində təcrübə əldə etmək üçün 18 yaşdan yuxarı tələbə və məzunları 3 aylıq təcrübə proqramına dəvət edir.
Təcrübə 2017-cı ilin aprel ayının 3-dən başlayacaq. Təcrübə müddəti 3 ay, həftədə 5 iş günü, iş saatları növbə ilə 10.00-14.00 və 14.00-19.00 olacaq.
Seçilmiş namizədlər təcrübə dövrü ərzində işçi heyətin üzvləri kimi Muzeyin gündəlik iş proseslərinə fəal surətdə cəlb olunacaqlar.
Tələb olunan əsas bilik və bacarıqlar:

– Təşkilatçılıq, yazışma və ünsiyyət qurma bacarığı
– Tez qavrama və dinləmə bacarığı
–Diqqətcil və analitik düşüncəli
– Kompüter və ofis proqramları ilə işləmə bacarığı
– Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük veriləcək

Proqramı uğurla bitirən şəxslərə sertifikat təqdim olunacaq
Maraqlanan şəxslər CV-lərini azerbaijancarpetmuseum@gmail.com elektron ünvanına, “Mövzu” bölməsində “ İctimaiyyətlə əlaqələr sahəsində təcrübə ” yazaraq yollaya bilərlər. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!