Covid-19TəqdimatƏn SonƏn Son

Azərbaycanda COVID pasportu tətbiq olunacaq

Azərbaycanda COVID pasportu tətbiq olunacaq. COVID pasport iki sertifikatdan ibarətdir. Birincisi peyvəndlənmə sertifikatıdır. Bu, vaksinin hər iki dozasını alan şəxslərə verilir. İkincisi isə immunitet sertifikatıdır. Bu sertifikat xəstələnib sağalmış insanlara tətbiq olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur, yəni, onlar elektron yoxlanılma imkanına malikdir.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi deyib ki, qeyd edilən sertifikatlardan birinin olması idman-sağlamlıq obyektlərinə girişə icazə verir. COVID pasportu olmayan insanlar hələlik idman, sağlamlıq-bərpa obyektlərinin xidmətlərindən istifadə edə bilməyəcəklər.

Şahmar Mövsümov onu da qeyd edib ki, COVID pasportu ilkin olaraq idman mərkəzlərində tətbiq olunacaq. Amma gələcəkdə bu pasporta malik şəxslərin digər xidmətlərə çıxışına da icazə veriləcək. Söhbət konsert, teatr, kinoteatr, nəhayət, toy və digər tədbirlərdən gedir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!