EkologiyaFrame LifeIqtisadiyyatTəqdimatƏn SonƏn Son

Azərbaycanda elektrik avtomobillərinin təşviqi mövzusunda görüş keçirilib

“Azərbaycanda elektrik avtomobillərinin sayının artırılmasına necə nail olmaq mümkündür?” mövzusu ətrafında mediada başlanan müzakirələr Ekologiya və Təbii Sərvətlər Nazirliyində aidiyyəti qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, avtonəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin azaldılmasını və Azərbaycanda ekoloji cəhətdən təmiz elektrik avtomobillərinin istifadəsinin təşviqini hədəfləyən görüşdə Ekologiya, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları, QHT və ictimaiyyət nümayəndələri ölkədə elektrik avtomobillərinin sayının artırılmasına yönələn fəaliyyətləri müzakirə edib.

İştirakçılara Azərbaycanda və dünyada bu sahədə mövcud olan tendensiyalar barədə müqayisəli məlumatlardan ibarət təqdimat və videoçarx nümayiş etdirilib.

Müzakirələrin yekunu olaraq səsləndirilən təkliflərin təhlil edilərək Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!