CinemaTəqdimat

Azərbaycanda “Xaç atası” filminə parodiya çəkilir-“Don Marleone”

Azərbaycanlı rejissor Elmar Bayramov “Don Marleone” adlı komediya filmi üzərində işləyir.

Frame.az İnterAz-a istinadən xəbər verir ki, filmin çəkilişi Azərbaycanda müxtəlif məkanlarda, eləcə də İtaliyada keçirilib.

Action və triller janrında çəkilmiş bu film məhşur “Xaç atası” filminə parodiya olduğu üçün komedik elementlərlə də zəngindir.

Filmdə baş rolda “Best Model of the World 2007” yarışmasının qalibi Rüstəm Cəbrayılov, rollarda Natəvan Əfəndiyeva, Sain Fərhad, Murad Abdullayev və digərləri çəkilib.

Filmin baş prodüserləri Elmar Bayramov və Rəşad Süleymanoğludur.

Elmar Bayramov “Don Marleone” filminin quruluşçu rejissoru, Məhəmməd Ağa quruluşçu operatoru, Rəşad Süleymanoğlu ssenari müəllifidir.

Filmin quruluşçu rejissoru, Kapoeyra federasiyasının vitse-prezidenti Elmar Bayramov bundan öncə də aksion səhnələri ilə tamaşaçıları heyran edib. Peşəkar İdmançı olan E.Bayramov filmin döyüş səhnələrində çəkilib. 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!