IqtisadiyyatTanış OlaqTəqdimat

Azərbaycanda PR-çıların Debat Klubu fəaliyyətə başlayır

Azərbaycanda PR və Kommunikasiya sahələrindəfəaliyyət göstərən şəxslər üçün Debat formatında müzakirə və çıxış imkanları yaratmaq məqsədi ilə PR Debat Klub fəaliyyətə başlayır.

PR Debat Klubun rəhbəri tanınmış PR və kommunikasiya mütəxəssisi Azər Nəzərovdur. Klubun fəaliyyəti ilə bağlı danışan Nəzərov bildirib ki, burada PR-a dair hərtərəfli müzakirələr aparmaq, PR-çıların təmsil etdikləri qurumların ictimaiyyətlə əlaqələr işinin daha da mükəmməlləşdirməsinə töhvə verməyi hədəflənir: “Düşünürəm ki, belə klubun olması Azərbaycanda yenicə formalaşan PR və Kommunikasiya bazarının sürətli və yeni standartlara uyğun inkişafına töhfə verəcək, eyni zamanda burada aparılacaq debatlar ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərənlərin təmsil etdikləri qurumlarla cəmiyyət arasında sağlam körpülər qurmasına yardımçı olacaq. Nəticədə, bütövlükdə Azərbaycanın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya sahəsi qazanacaq”.

PR Debatlarının ilkin mərhələdə ay ərzində bir dəfə təşkil olunması planlaşdırılır. Klubda iştirakçılar öz brendləri ilə bağlı cəmiyyətdə mövcud olan neqativ fikir və ya hücumlara qarşı müdafiə çıxışları ilə yanaşı, yeni xidmətlərini və məhsullarını da təqdim edə biləcəklər.

PR debatlar tanınmış, peşəkar moderatorlar tərəfindən idarə olunacaq. Debatlarda ictimaiyyətin və media mənsublarının iştirakı sərbəstdir.

Qeyd edək ki, PR debat Klub haqqında ətraflı məlumat əldə etmək istəyənlər klubun rəsmi saytı prdebateclub.az-a və ya sosial şəbəkələrdəki hesablara müraciət edə bilərlər.

Frame.az

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!