MaraqlıTəqdimatƏn Son

Azərbaycanda Startap olmaq asandır!

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb.  Yanvarın 18-də Mərkəz rəhbərliyi ilə Barama startapları arasında görüş keçirilib. Görüşdə eyni zamanda 30-a yaxın gənc startapçı iştirak edib. Görüş zamanı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələr və mərkəz nəzdində fəaliyyət göstərən azexport.az portalı barədə müzakirələr aparılıb. Ölkədə biznesin inkişafına dəstək məqsədilə yaradılan azexport.az portalının rəhbəri Zaur Qardaşov startapçılara portalın məqsədi və imkanları barədə danışıb, gənc sahibkarlarlın suallarını cavablayıb. İştirakçılara həmçinin azexport.az portalının texniki xarakteristikası və oraya məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov son illər Azərbaycanda startup sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra uğurlu layihələrin həyata keçirildiyini qeyd edərək bildirib ki, Azexport.az portalının ixraci mkanları geniş olduğu üçün bura xidmət və məhsulların əlavə edilməsi yeni imkanlar yaradacaq.

Həmçinin portalla əməkdaşlıq ölkədə İKT sektorunda investisiya mühitininin yaxşılaşdırılmasına ən yaxşı İnternet və İT layihələrin üzə çıxarılmasına,  innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım edəcək. Bu da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Azərbaycan gənclərinin xaricdə tanınması üçün əlavə şərait deməkdir.

Şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya da öz növbəsində qeyri-neft sektorunun inkişafının vacibliyini və ölkəmizdə bunun üçün hər bir şəraitin olduğunu vurğulayıb. Azercellin gəncləri sahibkarliq və peşəkar inkişaf yolunda daima dəstəklədiyini qeyd edərək, onları təqdim olunmuş imkanlardan yararlanmağa çağırıb.
Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və “Startup”ları dəstəkləyərək onların şirkət kimi formalaşmasına kömək edir.

Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Beləki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, hal-hazırda fəaliyyətdə olan 10-dan çox uğurlu şirkət yaranıb. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!