EventsFashion

Azərbaycanın ən böyük moda məktəbinin tələbələri öz kolleksiyalarını nümayiş etdirəcəklər

Azərbaycanın ilk online moda jurnalı olan Modamaniyanın nəzdində fəaliyyət göstərən M. Fashion school tələbələrinin əl işlərinin nümayişini keçirəcəkdir.

Belə ki, 1 il ərzində xaricdə təhsil almışmüəllimlər tərəfindən dərs alan tələbələr öz əl işlərini canlı formada təqdim edəcəklər. Məzun günü əl işləri kolleksiya formasında nümayiş etdiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd 31 məzunun həmin gün öz kolleksiyasını ictimaiyyətə təqdim etməsidir. Bundan başqa, tədbirdə məktəbin stilistika və moda biznesi dərsləri üzrə təhsil alan tələbələri sertifikatla təltif olunacaqlar.

Tədbirdə işitrakçılar və qonaqlarmöhtəşəm dəb nümayişinin şahidi olacaq, yeni dizaynerləri kəşf edəcək və həmçinin hədiyyələr qazanacaqlar. Sözü gedən dəb nümayişi8 Aprel 2018-ci il tarixində “Passage 1901” keçiriləcəkdir.

Qeyd edək ki, tədbirdə “make up” və saç stili üzrə rəsmi tərəfdaşımız “Beautytime by Artur Jafar” studiyasıdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!