EventsFrame Life

Azərbaycanın ilk analar konfransı baş tutub

6 oktyabr 2018-ci il tarixində Park İnn Hotel by Radisson Bakuda Azərbaycanın ilk analar konfransı Moms Conference 2018 baş tutdu.

Azərbaycanlı Analar Birliyi MOMs Azerbaijan tərəfindən təşkil olunan bu konfrans həm ruhən, həm əqli, həm də fiziki cəhətdən sağlam övlad böyütmək istəyən valideynlərin görüşü oldu.

Konfransı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə komitəsinin Aparat Rəhbəri Ceyran Rəhmətullayeva açaraq, bu tip konfransların əhəmiyyətindən danışdı, gənc ailələrə çağırış etdi və konfrans iştirakçılarına uğurlar arzuladı.

Konfransın növbəti qonaqlarından biri, “Azərbaycanın 100 işgüzar xanımları” təşkilatının təsisçisi, Edutainment.az saytının həmtəsisçisi Tatyana Mikayılova konfransın təşkil olmasında əməyi keçənlərə təşəkkür etdi, qadınların və anaların maariflənməsinin və təşkilatlanmasının önəmlərindən danışdı.

Konfransda həmçinin UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edward Carwardine iştirak etdi və bu konfrans haqqında öz rəyini bildirdi.

Konfransın spikerlərindən biri Almaniyanın Charité və Rheine Klinikumunda çalışan həmvətənlimiz Pediatr Dr. Səbahət Bayramova uşaqlarda inkişaf mərhələləri, agressiv uşaq – doğru sandığımız yanlışlar haqqında danışdıvə iştirakçıları narahat edən suallara aydınlıq gətirdi.

Azərbaycanın ilk və ən böyük hamiləlik və analıq haqqında blogunun sahibi Aytac Qənbərli vəvətənimizdən xaricdə yaşayan ilk ana-bala YouTube kanalı və İnstagram blogunun yaradıcısı Fidan Ələkbərli modern və ənənəvi valideynlikdən danışdılar və iştirakçılarla birlikdə maraqlı müzakirələr etdilər.

Qafqazın ilk Uşaq Yuxu Konsultasiya mərkəzi ”Laylay Baby Sleep Solutions” yaradıcısı, pedaqoq Aysel Hüseynova uşaqların yuxu rejimində edilən səhvlər, həlli yolları və metodlardan danışdı və yuxulu valideynlərin suallarını cavablandırdı.

Təşkilatçılar bu konfransın ildə 2 dəfə baş tutacağını açıqladılar. Növbəti konfrans təxminən Mart ayına təsadüf edir.

Konfrans haqqında daha ətraflı məlumat və görüntülər üçün MOMs Azerbaijanın İnstagram səhifəsi @moms_azerbaijan yaxud moms.azerbaijan@gmail.com elektron poçt ünvanına yazaraq əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!