Baku 2017

Azərbaycanın kişi basketbolçuları da İslamiadada qızıl medal qazanıblar

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında basketbol 3×3 yarışı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.

Frame.az xəbər verir ki, yarışın final mərhələsində Azərbaycan yığma komandası Qətər millisinə 13:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb.

Kişilərin yarışında üçüncü yer uğrunda oyunda Türkiyə yığması Türkmənistan millisi üzərində 17:10 hesabı ilə qələbə qazanaraq bürünc medala sahib olub.

Beləliklə, yarışda Azərbaycan millisi birinci, Qətər yığması ikinci, Türkiyə komandası isə üçüncü yeri tutublar.

Xatırladaq ki, kişi basketbolçularımız finala gedən yolda İndoneziya yığmasını 21:13, Türkiyə millisini isə 19:14 hesabı ilə məğlubiyyətə uğradıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!