Ləzzətli BölümTəqdimat

Azərbaycanın məşhur pivə brendi beynəlxalq müsabiqədə qızıl medal qazanıb

Azərbaycanın məşhur “Xırdalan”pivə brendi “International Beer Challenge 2018” beynəlxalq pivə müsabiqəsində qızıl medala layiq görülüb.

“International Beer Challenge”– dünyanın ən nüfuzlu müsabiqələrindən biridir. Müsabiqədə hər il 30-dan çox ölkədən yüzlərlə pivə növü iştirak edir, münsiflər heyəti qismində isə beynəlxalq səviyyəli tanınmış pivə ekspertləri çıxış edir.

Bu il müsabiqədə bütün dünyadan 800-dən çox pivə növü iştirak edib. Londonda keçirilmiş mükafatlandırma mərasimində “Carlsberg Azerbaijan”ın adından mükafatı şirkətin baş pivəbişirəni Vüqar Əhmədov qəbul edib.

“Carlsberg Azerbaijan” şirkətinin baş pivəbişirəni Vüqar Əhmədov: «“Xırdalan” pivəsişirkətimizin qüruru və ölkəmizin ən məşhur pivəsidir. Təsadüfi deyil ki, o, həm azərbaycanlılar, həm də turistlər arasında populyarlıq qazanıb. Xüsusilə Avropa ölkələrindən olan turistlərin pivəmizi yüksək qiymətləndirməsi sevindirici bir haldır, çünki, məlum olduğu kimi, onlar bu içkini çox sevir və pivə haqqında böyük biliklərə malikdirlər. Bu cür nüfuzlu beynəlxalq müsabiqədə qızıl medal qazanmaq yalnız şirkətimizin deyil, bütün Azərbaycanın qələbəsidir,çünki “Xırdalan” milli səviyyəli brend hesab oluna bilər».

Müsabiqə və qaliblər haqqına ətraflı məlumatı aşağıdakı keçidə daxil olaraq əldə edə bilərsiniz:

http://www.internationalbeerchallenge.com/winners/2018

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!