IqtisadiyyatMobil dünyaTəhsilTəqdimat

Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur

23 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, şəbəkə texnologiyaları sahəsində dünya lideri olan “Cisco”  şirkəti  “Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə məktəblərdə internetdə təhlükəsiz davranışla bağlı sosial maarifləndirici layihə keçirilib.

Frame.az xəbər verir ki, layihə əsnasında “Giving Back” sosial proqramı çərçivəsində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər edən “Cisco” əməkdaşları Bakının on orta məktəbində eyni anda 3-5-ci sinif şagirdləri üçün məlumatlandırıcı sessiyalar keçirib. Proqramın məqsədi gənc iştirakçılara və beynəlxalq şəbəkə istifadəçilərinə İnternet məkanında mövcud olan risklərlə yanaşı, mümkün təhlükələrdən qorunma yolları və arzuolunmaz nəticələrin qarşısının alınması barədə məlumat verməkdir.

Qeyd edək ki, kibertəhlükəsizlik mövzusuna öz korporativ sosial məsuliyyət proqramlarında xüsusi diqqət ayıran layihənin rəqəmsal tərəfdaşı Azercell bu təşəbbüsü dəstəkləyərək, orta məktəblərə aylıq 10 GB internet paketli MiFi modemləri, şagirdlərə isə müxtəlif hədiyyələr təqdim edib.

Xatırladaq ki, Azercell şirkəti  2016-ci ildə İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün “Universal Mühafizə”, “Android üçün Müdafiə” və “Valideyn Nəzarəti” xidmətlərini özündə cəmləyən “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Həmçinin Azercell 2018-ci ildən etibarən Bakıda və bölgələrdə uşaqlar, valideynlər və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər keçirir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!