Baku 2017

Azərbaycanın qadın voleybolçuları İslamiadanın çempionu olublar

IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.

Frame.az xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışların finalında Türkiyə millisinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan voleybolçuları İslamiadanın qızıl medallarını qazanıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb – 25:12. Lakin ikinci setdə daha inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. Üçüncü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub – 25:20. Voleybolçu qızlarımız dördüncü setdə də gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, Azərbaycanın qadın voleybolçuları İslamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi ikinci, Qırğızıstan yığması isə üçüncü yeri tutub.

Kişilər arasında voleybol yarışına isə mayın 21-də yekun vurulacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!