Idman

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması ilk yoxlama matçını keçirib

Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması ilk yoxlama matçını keçirib.

Frame.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Sloveniya millisi ilə qarşılaşıblar. Matç heç-heçə yekunlaşıb. İlk iki seti Sloveniya yığması qələbə qazansa da, növbəti iki hissədə komandamız üstün olub – 2:2 (23:25, 26:28, 25:20, 25:13).

Yoxlama oyunundan sonra yığmamızın hücumçusu Yana Kulan bildirib ki, görüş heç də asan alınmayıb: “Sloveniyanın çox yaxşı komandası var, onlar texnikalı voleybol oynayırlar və çox güclüdülər. Bizim üçün çətin bir sınaq oldu. Artıq növbəti matçlara hazırlaşacağıq”.

Qeyd edək ki, yığmamız Sloveniyada daha bir neçə sınaq matçı keçirəcək.

Daha sonra İtaliyaya gedəcək millimiz qitə çempionatına hazırlığı bu ölkədə başa çatdıracaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!