SəyahətTurizmTəqdimatƏn SonƏn Son

Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub

Fevralın 18-də Minsk şəhərində keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib.

B2B formatında keçirilən görüşlərdə Azərbaycanın turizm potensialı haqda geniş məlumat verilib.

Eyni zamanda iştirakçılara Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub.

Tədbirdə Minsk-Bakı arasında birbaşa uçuşların olması, iki ölkə arasında vizasız rejimin tətbiqi, dil baryerinin olmaması xüsusi vurğulanıb və bu imkanlardan yararlanaraq turistlərin sayının artırılması müzakirə olunub.

Qeyd edək ki, ötən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 2018-ci illə müqayisədə 14.2 faiz artaraq 14841 nəfər təşkil edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!