IqtisadiyyatTurizmTəqdimat

Azərbaycanla Türkiyə rəqəmsal ticarət haqqında anlaşma memorandumu imzalayıb

Aprelin 2-də Azərbaycan və Türkiyə arasında rəqəmsal ticarət haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, memorandum ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə, mal və xidmətlərin müasir vasitələrlə ticarətinə və ölkələrimizdə rəqəmsallaşma prosesinin inkişafına təkan verəcək.

Qeyd edək ki, Bakıda Türkiyə-Azərbaycan işgüzar görüşü keçirilir. Tədbirdə qardaş ölkənin ticarət naziri xanım Ruhsar Pekcan və hər iki ölkənin sahibkarlıq təşkilatlarının iştirakı ilə əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!