SağlamlıqTəqdimat

Azərbaycanlı cərrah beynəlxalq sertifikata layiq görülüb

Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov “IFSO 2017” (International Federation for the Surgery of Obesity and Metabolic Disorders -IFSO) beynəlxalq elmi konqresdə iştirak edib. İki minə yaxın iştirakçısı olan bu tədbirdə dünyanın 100-ə qədər dövlətindən cərrahlar qatılıb.

Azərbaycan Tibb Universitetindən bildiriblər ki, konqres çərçivəsində bu sahəyə aid son elmi nailiyyətlər barəsində məlumat verilib, təcrübə mübadiləsi aparılıb.

Taryel Ömərovun sözlərinə görə, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının uğurlu fəaliyyəti sayəsində artıq azərbaycanlı cərrahları dünyanın çox yerində tanıyırlar: “Son 5 ildə bu yolda apardığımız işlər tanınır. İstər praktik, istərsə də nəzəri baxımdan fəaliyyətimiz yüksək qiymətləndirilib. Bu konqresdə IFSO-nun təşəkkür sertifikatına layiq görüldük. Bu, bizim üçün qürurverici bir andır”.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!