FashionTanış Olaq

Azərbaycanlı rəssamın yaradıcılığı Leoni Mergenin kolleksiyasında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Əməkdar İncəsənət Xadimi Arif Əziz beynəlxalq səviyyədə tanınmış nüfuzlu azərbaycanlı rəssamlardan biridir.

Frame.az xəbər verir ki, “sərbəst özünüifadəsi” ilə tanınan rəssamın qeyri-adi və unikal yaradıcılıq üslubu alman modelyeri Leoni Mergenin diqqətini çəkərək 2018 London moda həftəsində nümayiş etdirilmiş kolleksiyasında öz əksini tapıb. Bu kolleksiya modelyerin 2017-ci ildə Berlin və London moda həftələrində təqdim olunmuş və tənqidçilər tərəfindən bəyənilmiş “Qarabağ kolleksiyası”ndan sonra reallaşan sayca ikinci layihəsidir. Hər iki layihə Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd edək ki, alman modelyeri Leoni Mergenin 2018 London moda həftəsində podiuma çıxarılmış “Arif Əziz buraxılışı” adlı kolleksiyası haqqında xəbər “Euronews” kanalının portalında da yer alıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!