FinansIqtisadiyyatMobil dünyaTəqdimatƏn Son

“AzəriKard”-dan növbəti unikal məhsul

Frame.az  – Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” PİN-kodun müştərilər tərəfindən yaradılmasına imkan verən yeni, unikal “PINSet ATM” və “PIN Delivery Web” məhsullarını təqdim edib.

Müştərilərinin rahatlığını hər zaman üstün tutan prosessinq mərkəzinin təqdim etdiyi yeniliyə əsasən əvvəllər PİN-kodu yalnız banka gedib post terminal vasitəsilə yaratmaq olurdusa, indi artıq müştəri banka getmədən, bankomata kartı daxil etməklə, bank tərəfindən mobil telefona göndərilən kod vasitəsilə istədiyi PİN-kodubankomat (“PINSet ATM” xidməti) vasitəsi ilə yarada bilər.

PİN-kodu veb vasitəsilə əldə etmək üçün isə “AzəriKard”-ın rəsmi saytında PİN kodun təyin edilməsi bölməsinə daxil olub, kart barədə məlumatları (cvc2/cvv2,kartın istifadə müddəti) qeyd etmək, PİN-kodun seçilməsi üçün formu doldurmaq lazımdır. Həmin proseduralardan sonra müştəri istədiyi PİN-koduinternet üzərindən (“PIN Delivery Web” xidməti) yarada bilər.

“AzəriKard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda AzəriKard Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda Beynəlxalq Ödəmə Sistemlərinin üzvü olan 21 banka prosessinq xidməti göstərir.

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!