Azad Rəhimov: Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq işlərinin 70 faizi yekunlaşıb

Aprelin 27-29-da Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri sürətlə davam etdirilir. Təhlükəsizlik baryerləri, beton bloklar və tribunalar artıq quraşdırılıb.

Frame.az xəbər verir ki, bu sözləri martın 5-də gənclər və idman naziri Azad Rəhimov Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri barədə jurnalistlərə müsahibəsində deyib.

Qran-Priyə hazırlıq işlərinin 70 faizinin artıq yekunlaşdığını vurğulayan Azad Rəhimov qeyd edib: “Tribunalar artıq qurulub. Hazırlıq prosesində hər hansı geçikmə və ya problem yoxdur. Ötən illə müqayisədə bu il əyləncə proqramında bir çox yeniliklər olacaq. Əvvəl dünyanın tanınmış müğənniləri Dənizkənarı Milli Park ərazisində çıxış edirdilər. Amma bu il Azərbaycan Qran-Prisi daha tez – aprelin 27-29-da keçiriləcəyindən hava şəraiti nəzərə alınaraq, əyləncə proqramı “Baku Crystal Hall”da təşkil ediləcək”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: