HandmadeMüsabiqələrQalereyaTəqdimat

“Azadlıq aşiqləri günü -20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,   Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə   azadlıq  mübarizəmizin   parlaq   səhifələrindən   olan   1990-cı   il   20  yanvar  hadisələri zamanı   xalqımızın nümayiş etdirdiyi  əzmi  və   fədakarlığı    bir  daha unutdurmamaq məqsədi ilə “Azadlıq aşiqləri günü -20 Yanvar”Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

İştirakçı ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını  qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2018-ci il dekabr ayının 31-nədək Xətai Sənət Mərkəzinin whatsapp nömrəsinə  051 310 74 01 göndərməlidir.

Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaş qədər və 12-17 yaş arası

Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.

Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

Uşaqların əl işlərinə  kənar  müdaxilənin  (müəllimlərin,  valideynlərin)  olmamasını  və   yeni   yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu  edirik.

I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.

Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal məktəblər tədris mərkəzləri təşəkkürnamə ilə mükafatlandırılacaq.

Sərgi  Xətai Sənət Mərkəzində  keçiriləcək  eyni zamanda  virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!