AZAL 159 Azərbaycan vətəndaşını Daşkənddən vətənə çatdırıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.

AZAL-dan Frame.az-a bildirilib ki, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirusa (COVID-19) dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdırlar. ⠀

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!