AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirmişdir

Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA)  AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirmişdir.

Görüş çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster “Buta Airways”in qaydalarında mühüm dəyişikliklər və yeniliklər barədə danışmışdır. Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinlənmişdir.

Görüşdə həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Səmərəli görüşün yekunlarınaəsasən AZAL ən fəal tərəfdaşları və agentlərini təltif etmiş, lider turizm agentləri beşliyinə isə adlı sertifikatlar təqdim olunmuşdur. Belə görüşlərin bundan sonra da müntəzəm xarakter daşıyacağı qeyd olunmuşdur.

Tədbirdən hazırlanmış video-çarxı aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=ndWaAg1eNyM

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: