AZAL-dan qış aksiyası: Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

Azərbaycan Hava Yolları (AZAL) ailəsi ilə səyahət edənlər üçün qış aksiyası elan edir.

2019-cu il fevralın 1-dən 28-dək olan tarixlərə iki böyük üçün (sərnişinlərin valideynlər və qəyyumlar olması şərtilə) aviabilet aldıqda, aviaşirkət eyni uçuşa 12 yaşadək bir uşağa pulsuz aviabilet təqdim edir.

Aksiya aviaşirkətin göstərilən tarixlərdə beynəlxalq aviareyslərinin həyata keçiriləcəyi bütün istiqamətlərə şamil edilir.

Biletləri yanvarın 21-dən etibarən AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür. Uşağa pulsuz aviabiletin verilməsi üçün valideynlər səyahət edən sərnişinlərin sənədlərini callcenter@azal.az elektron ünvanına göndərərək çarğı mərkəzinə müraciət edə və ya aviaşirkətin rəsmi satış kassalarına yaxınlaşa bilərlər.

Aksiya çərçivəsində sərnişinlər AZAL-Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin www.miles.azal.az  saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

Elektron poçt: callcenter@azal.az

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: