“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır

Cari ilin avqust ayında Azərbaycanın milli aviadaşıyıcısı daha çox tələbat olan reyslərində IATA Travel Pass tətbiqini sınaqdan keçirəcəkdir.

IATA Travel Pass tətbiqi – smartfonlarda quraşdırılmış və koronavirus infeksiyası üçün test nəticələri, habelə gələcəkdə peyvəndləmə barədə məlumatlar da daxil olmaqla, sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən bir növ rəqəmsal səyahət sənədidir. Tətbiq sayəsində uçuşqabağı rəsmiyyətlər daha az vaxt aparacaqdır.

IATA Travel Pass tətbiqini ilk olaraq aşağıdakı reyslərin sərnişinləri sınaqdan keçirə biləcəklər:

AZAL – Bakı-İstanbul-Bakı (GYD-IST-GYD)

AZAL – Bakı-Moskva-Bakı (GYD-DME-GYD)

Buta Airways – Bakı-İstanbul-Bakı (GYD-SAW-GYD)

Buta Airways – Bakı-Jukovski-Bakı (GYD-ZIA-GYD)

Qeyd edilən reyslərdə sınaq müvəffəqiyyətlə keçdiyi təqdirdə, gələcəkdə aviaşirkət bu proqramın daimi əsasda tətbiqini nəzərdən keçirəcəkdir.

Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə uçan bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkün olacaqdır.

IATA Travel Pass tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək, habelə onlar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər.

IATA Travel Pass tətbiqindən istifadəyə görə bonus olaraq, AZAL və Buta Airways reyslərində tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mili hesablanacaq.

Cari ilin may ayında AZAL və IATA Azərbaycanda IATA Travel Pass tətbiqinin istifadə imkanlarını müzakirə etmişdilər. Mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və aviasiya sərnişin axınının  COVID-19 pandemiyasınadək mövcud olan göstəricilərə qədər bərpasına kömək edəcəkdir.

iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün IATA Travel Pass tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649

Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: