AZAL sərnişinlərə xəbərdarlıq edib

Son vaxtlar “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən aviabiletlərin oğurlanmış kredit kartı ilə satışı cəhdləri qeydə alınıb və qarşısı alınıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Frame.az-a bildirilib ki, fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif etmiş, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini alıb.

AZAL sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırır.

Azərbaycan ərazisində AZAL aviadaşımaları üçün aviabiletlərinin satışına rəsmi hüququ olan agentliklərin siyahısı aviaşirkətin rəsmi internet saytında təqdim olunub: https://www.azal.az/az/article/31082015

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: