AZAL və “Buta Airways”in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək
Ramazan bayramında AZAL və “Buta Airways” aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərəbir ədədqeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq.
Beləliklə, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:
Ekonom-sinif – tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus;
Biznes sinif – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;
ComfortClub – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;
VIPClub – tarifə daxil olanhər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus.
AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.
Milli loukoster “Buta Airways”in reyslərindəsərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:
“Büdcə” tarifi – 23 kq-a qədər bir yer bonus pulsuz baqaj;
“Standart”tarifi – tarifə daxil olan 10 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus
“Super”tarifi – tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus.
“Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.
Baqajın daşınması qaydaları haqqında əlavə məlumatı AZALhttps://www.azal.az/az/information/baggage və “Buta Airways” aviaşirkətlərinin https://www.butaairways.az/az/information/baggage saytlarında əldə etmək olar.
Frame.az