Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Belarus gəncləri birgə çıxış etdilər

Noyabrın 27- də Beynəlxalq Muğam Mərkəzində yaradıcı Azərbaycan və Belarus gənclərinin birgə konserti keçirilib.
Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Belarus Respublikasının Təhsil Nazirliyinin dövlət gənclər siyasəti sahəsində 2018-2019 illər üçün birgə tədbirlər planına əsasən keçirilən“Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində həyata keçirilmişdi.
“Azərbaycanda Belarus gəncləri günləri”nin  keçirilməsində məqsəd –iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın, gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsidir.Tədbir çərçivəsində Belarus və Azərbaycan gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə “Azərbaycan və Belarus gənclər siyasəti sahəsində inkişafı və əməkdaşlığı perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub, gənclər üçün master-klasslar keçirilib, konsertlər və tarixi yerlərə ekskursiyalar təşkil olunub.
Tədbirdə Belarus Respublikasının Təhsil Nazirliyinin əməkdaşları və qeyri-hökümət təşkilatlarının yaradıcı gənclərindən ibarət nümayəndə heyəti iştirak edib.
Beynəlxalq Muğam Mərkəzində keçən konsertdə  çıxış edən istedadlı gənclər öz ifaları ilə tamaşaçıları  heyran etmiş və gur alqışlarla qarşılanmışdılar.
Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik və ətnik musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm   yaradıcılıq  layihələri davam  edir.

Noyabrın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsi çərçivəsində keçirilən musiqi gecəsində Seyid Əzim Şirvaninin qəzəlləri səslənəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: