FashionFestivallarHandmadeTəqdimat

Azerbaijan Fashion Week 10-cu yubiley mövsümünün – İkinci günü

Noyabr ayının 23-də Daş salnamə Muzeyində Azerbaijan Fashion Week – ölkəmizin rəsmi moda həftəsinin 10-cu yubiley mövsümünün ikinci gününün nümayişləri keçirildi. İkinci gün çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dizaynerlərinin yaz-yay kolleksiyalarının yeddi nümayişi keçirildi.

Gün, Özbəkistandan olan məşhur dizayner Sofiya Aşur-un – Art by Sofia brendinin nümayişi ilə açıldı. Əgər defilenin başlanğıcında, podiumda yalnız iki rəng – qara və qızılı rənglər hökm sürürdüsə, sonra, onlara malaxit yaşıl və sapfir göy rənglər əlavə olundu. Həndəsi və milli ornamentlərlə bəzədilmiş təmtəraqlı həcmli geyimlərin stili – sırğalar, broşlar, tiara və taclar kimi, çox saylı əlavə aksessuar və bəzəklərin istifadəsiylə vurğulanırdı.

İlk dəfə Azerbaijan Fashion Week podiumunda Qazaxıstanı təmsil edən Aya və Bota Qırğızbayeva bacılarının yaradıcılıq duetinin debütü baş tutdu. Onların ortaq məhsulu olan – Botaya markası “New Generation Open Way” müsabiqəsinin qalibidir. Bacıların Bakıda nümayiş etdikləri kolleksiya Qazaxıstan respublikasının birinci prezidentinin Fondunun dəstəyi ilə yaradılmışdı və nümayişlərin ikinci günü çərçivəsində ən orijinal və eyni zamanda, geyiniləbilənlərdən biri oldu. Kətandan, ipəkdən, pambıqdan və yundan yaradılmış palto və plaşlardan ibarət qarderob predmetləri və üst geyim, həmçinin həcmli çantalar yalnız podiumda deyil, həm də gündəlik həyatda aktual və uyğun görünəcəkdir.

Daha bir Özbəkistanlı dizayner Nadi Nur parlaq elementlərlə bəzədilmiş, pastel çalarlı rənglərdə olan axşam geyimlərindən ibarət olan kolleksiyanı tamaşaçılara nümayiş etdirdi. Geyimlərin yarımşəffaf detallarıyla oyun dizayner üçün xüsusilə uğurlu alındı.

Qazaxıstanın Tarbiya markası Qazaxıstan milli geyiminin bütün gözəlliyini nümayiş etdirdi. Məxmər və velürdən hazırlanmış paltarlar filiqran əl işi naxışlarla tamamlanırdı. Xəzdən hazırlanmış əlavələr kolleksiyaya xüsusi gözəllik qatırdı.

Azərbaycanlı dizayner Ülkər Həsənova, öz növbəsində, zəngin görünən və öz parıltısıyla hamını kölgədə saxlaya biləcək axşam geyimləri kolleksiyasını nümayiş etdirdi. Bəlkə də tezliklə, məsələn – yeni il şənliklərində AFW qonaqlarından bir çoxu, bu kolleksiyadan olan geyimlərlə göz qamaşdıracaqlar.

Dizayner Murad Hüseyn, onun yaratdığı Giedi markasının nümayişi çərçivəsində Azerbaijan Fashion Week-in tələbkar tamaşaçısını təəccübləndirməyi bacardı. Dəridən hazırlanmış şalvar kostyumları, orijinal asimmetrik biçim, markanın loqotipiylə xudi, xəz yubka və hətta çanta şəklində qola atılmış xəz korset… Tamaşaçılardan hər biri, onun son kolleksiyasında mütləq öz zövqünə uyğun bir şey tapa bilərdi.

Dəb nümayişlərinin klassik qanunlarından birinin pozulması, dizayner Rəna Müslümova tərəfindən yaradılmış RM Couture markasının defilesi zamanı baş verdi. Əgər hamımız artıq öyrəşmişik ki, ənənəvi olaraq toy obrazları dəb nümayişlərinin sonunda təqdim olunur, burada, şou gəlinlik donunun nümayişi ilə açıldı. Ardından, müxtəlif elementlərin birləşməsinin məharətlə ifa olunduğu obrazlar təqdim olundu. Korset – qobelen parçasından tikilmiş geyimlə, akvamarin rəngli lələklər – naxışla tikilmiş daşlarla, qızılı naxışla – saçaqlar.

İnformasiya dəstəyi  Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!