FashionHandmadeQalereyaTəqdimat

Azerbaijan Fashion Week 10-cu yubiley mövsümünün – Üçüncü günü

Noyabr ayının 24-də Daş salnamə Muzeyində Azerbaijan Fashion Week – ölkəmizin rəsmi moda həftəsinin 10-cu yubiley mövsümünün sonuncu, üçüncü gününün nümayişləri keçirildi. Leysan yağışın yağması və təşkilatçıların, pis hava şəraiti səbəbi ilə, zalın tam yığılmayacağı qorxularına baxmayaraq, muzeyin divarları, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rusiya dizaynerlərinin 2020-ci ilin  mövsümünün yaz-yay kolleksiyalarının səkkiz nümayişiylə tanış olmağı arzu edənləri,çətinliklə yerləşdirə bildi.

Gün Qazaxıstanın Nomad Homme+ markasının nümayişi ilə açıldı. Baxmayaraq ki, marka özünü əsasən kişi geyimləri brendi kimi təqdim edir, podiumda qadın look-ları da təqdim edilmişdi. Kropfit uzunluğunda şalvarlarla, təbii kətandan tikilmiş, sərbəst biçimli geyimlər özündə bədəvi səhraların azad ruhunu və şərq cazibəsini birləşdirə bilmişdir.

Mak Mari növbəti dəfə, hamının gürcü dizaynerlərini bu qədər sevməsinin səbəbini əyani nümayiş etdirdi. Onun kolleksiyası özündə həm zərif qadın, həm də idman obrazlarını birləşdirə bilmişdi. Xüsusilə, dəri şalvar kostyumları və kombinezonlarda dizayner buna müvəffəq olmuşdu.

Bir daha, dəri məmulatlarının parıltısı, Azərbaycan markası olan Velour-un nümayişi çərçivəsində özü ilə Azerbaijan Fashion Week podiumunu doldurdu. Burada, sırf, həm xüsusi tədbir üçün, həm də gündəlik həyatda istifadə oluna biləcək qadın geyimləri sərgilənmişdi.

AFW podiumunda xüsusi zəriflik və incəlik atmosferini yaratmış, Tiflisdən olan Kashen markasının nümayişi, Gürcülərin yalnız Balenciaga stilində idman obrazlarını yaratmadığlarını bir daha sübut etdi.

Özbəkistandan olan, kişi kostyumlarının dizayneri Suhrob Habib nümayişə brutallıq notları əlavə etməyə müvəffəq oldu. Onun nümayişi çərçivəsində qonaqlar hər bir kişi üçün zəruri olan bu qarderob əşyasının tam arsenalıyla tanış ola bildilər. Burada, həm gündəlik, həm işgüzar görüşlər üçün kostyumlar, həm də axşam tədbirləri üçün möhtəşəm smokinqlər var idi.

Dizayner Şükufə Abdullayeva tərəfindən yaradılmış Shan Couture Dəb Evi gümüşü və qızılı rəngdə naxış tikişli, sıx və sanki havada uçan, yüngül parçaların maraqlı oyunuyla fərqlənən, monoxrom rəngli qadın axşam geyimlərini nümayiş etdirdi. Parlaq pilək tikmələr bədən rəngli volanlarla, sıx oturan sinəliklər isə, həcmli yubkalarla gözəl ahəng yaradırdı.

Rusiya markası olan Ayza, daha bir zərif kolleksiya nümayiş etdirdi. Kolleksiyada qobelen, velür və məxmər parçalardan hazırlanmış geyimlər, dəridən hazırlanmış çiyin qayışları, və daşlarla bəzədilmiş, metal ilgəkli bel qayışları ahəng təşkil edirdi. İstər bir buta naxışlı çapda, istərsə də, uğurla tərtiblənmiş şarovar versiyasında özünü göstərən Şərqin təsirini hiss etməmək mümkün deyildi.

10-cu yubiley mövsümünü bağlamaq şərəfinə, öncəki mövsümün əsas kəşfi olmuş, gənc Azərbaycan markası olan Scandar layiq görüldü. Və əgər keçən mövsümdə o, tamaşaçını ruhi xəstə insanlara həsr edilmiş kolleksiyasıyla təəccübləndirmişdisə, bu dəfə o, növbəti dəfə xatırlatdı ki, dəb yalnız düşüncəsiz qlamur təzahürü deyil, həm də, özündə aktiv həyat mövqeyi və ictimai mesaj daşıya bilər. Onun yeni kolleksiyası gender bərabərsizliyinə və erkən məcburi evliliklərə həsr olunmuşdu. Ayrıca əhəmiyyətli o fakt oldu ki, bu nümayiş 25 Noyabrda dünyada qeyd olunan Beynəlxalq Qadınlara Qarşı Zorakılığın aradan qaldırılması üçün mübarizə günü ərəfəsində keçirildi. Nümayişin kulminasiya nöqtəsi, qadınların yalnız nəsil davamçısı kimi görülməsinə etiraz olaraq, üstü tamamən kuklalarla örtülmüş 40 kiloluq gəlinlik geyimdə çıxış edən gəlin oldu. Bütün tamaşaçılar “gəlinin” ayaqları altına qırmızı qərənfillər ataraq, əsl fashion-performansın iştirakçısı oldular.

Nümayişlərin son günü High Boost gecə klubunda təşkil olunan ziyafət ilə sona yetdi. Burada Azərbaycan Moda Həftəsi iştirakçıları, partnyorları və qonaqları, səhərə qədər növbəti mövsümün füsunkar tamamlanmasını bayram etdilər.

Azərbaycan Moda Həftəsinin 11-ci mövsümü, ənənəvi olaraq, gələn ilin may ayında keçiriləcək və yenidən moda dünyasının ən diqqətəlayiq yerli və xarici nümayəndələrini bir araya toplayacaq.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!